DÜNYA


UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan bu məkana 431 min insan üz tutub

UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan “Pamukkale”-yə turistlər axın edir. Türkcə “pambıq qala” mənasını verən bu məkan ötən illə müqayisədə bu ilin ilk beş ayı ərzində 431 min 83 nəfər yerli və xarici qonaqları qarşılayıb. Bu ərazi bulaq suyunun axmasından qalan karbonat mineralı ilə məşhurdur.