DÜNYA


Meksikada asma körpü açılış zamanı çöküb

Meksikanın Kuernavaka şəhərində asma körpünün açılışı zamanı azı 25 nəfər xəsarət alıb. Körpünün bir hissəsi üzərindən insanlar keçən zaman dağılıb.AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, bu yaxınlarda təmir olunmuş körpünün konstruksiyası qoparkən şəhərin meri və həyat yoldaşı onun üzərində olub. Hadisə nəticəsində onların da xəsarət aldığı bildirilir.