Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranda qatar qəzasında 21 nəfər həyatını itirib

08.06.2022 [17:27]

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarı Tabas şəhəri yaxınlığında relsdən çıxıb. Qəza nəticəsində 21 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb.