Daxili İşlər Nazirliyi Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar sürücülərə müraciət edib
08.06.2022 [19:25]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar sürücülərə müraciət edib.DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: “Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar “Bakı Şəhər Halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti iyunun 6-da gecə saat 01:00-dan etibarən iyunun 14-də səhər saat 06:00-dək məhdudlaşdırılıb.