DÜNYA


Misir “Space X Falcon” raketi ilə kosmosa növbəti peykini göndərib

Misir ABŞ-ın “Space X Falcon” raketi ilə növbəti “Nilesat 301” kommunikasiya peykini kosmik orbitə göndərib. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Nilesat” şirkətinin icraçı direktoru Əhməd Anis məlumat verib. O bildirib ki, Misir vaxtı ilə saat 23:03-də (Bakı vaxtı ilə iyunun 9-u saat 01:03) peyki daşıyan raket ABŞ-ın Florida ştatındakı Kanaveral burnu Kosmik Stansiyasından kosmik fəzaya buraxılıb. Peyki daşıyan raketin buraxılması Misirin telekanalları ilə canlı yayımda göstərilib.