Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Avstriyada yeni layihə həyata keçirir
09.06.2022 [10:29]
Xəbərin mətni
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start verilib. İlk tədbir iyunun 7-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən almanca nəşr olunmuş “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın təqdimatı ilə baş tutub.