CƏMİYYƏT


Allahşükür Paşazadə: Bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin əsas mənbəyi insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır

Yaşadığımız humanitar xarakterli böhranlar da bu fəsadların nəticəsidir. Buna görə də əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarının gündəlik həyatımızın bütün sahələrində - siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə bərqərar olması vacibdir.AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində təşkil olunan “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda təşkil olunan məruzəsində deyib.