DÜNYA


Çində təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində bir neçə ev yanıb

Çinin Hubey vilayətində hava limanından yenicə havaya qalxan təyyarə yaşayış məntəqəsinə çırpılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Laohekou şəhərinin hava limanı yaxınlığında baş verib. Hələlik təyyarənin modeli haqqında məlumat verilmir. Amma katapult edən pilotun yüngül xəsarət aldığı bildirilir. Təyyarənin düşdüyü yerdə bir neçə ev yanıb.