İlin sonuna kimi 4 min şəxsin peşə hazırlığına cəlb olunması nəzərdə tutulub
09.06.2022 [17:17]
Xəbərin mətni
2020 və 2021-ci illərdə pandemiya səbəbindən peşə hazırlığı istiqaməti ilə bağlı rəqəmlər az olsa da, bu ildən yenidən prosesdə irəliləmə əldə edilib. Belə ki, 1500-dən çox şəxsin keyfiyyətli şəkildə müasir peşələr üzrə prosesə cəlb olunması həyata keçirilib. İlin sonuna gözləntimiz 4 min şəxsin keyfiyyətli peşə hazırlığı kurslarına cəlb edilməsidir.AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.