“Qarabağda iş platforması” layihəsi hazırlanır
09.06.2022 [18:49]
Xəbərin mətni
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir. Vətən müharibəsindən sonra 2972 şəhid ailəsi üzvü, 12 min 721 qazi və 80 mindən artıq müharibə iştirakçısı var. İndiyə qədər 17 min nəfərlə iş aparılıb, onlardan 12 min 188 nəfər məşğulluq proqramlarına cəlb edilib.AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.