CƏMİYYƏT


Postmüharibə dövründə 1400-dən çox müharibə əlili reabilitasiya vasitələri ilə təmin edilib

Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Postmüharibə dövründə mərkəzlərdə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır