Şəhid pilot baş leytenant Fərid Nağıyevin xatirəsinə bulaq kompleksi inşa olunub
10.06.2022 [17:12]
Xəbərin mətni
Qaraheybətdə helikopter qəzası zamanı şəhid olan baş leytenant Fərid Nağıyevin xatirəsinə Beyləqan rayonunda təhsil aldığı məktəbdə bulaq kompleksi tikilib. Kompleks şəhidin doğum günündə istifadəyə verilib.
Mərasimdə şəhidin ailəsi ilə birlikdə hərbçi yoldaşları, veteran və qazilər, rayon icra hakimiyyətinin nümayəndələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.