MƏDƏNİYYƏT


Azərbaycan İstanbulda keçirilən V Etnosport Mədəniyyət Festivalında təmsil olunur

İstanbulda V Etnosport Mədəniyyət Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən iki il aradan sonra yenidən keçirilən festivalda müxtəlif xalqların etnik mədəniyyətləri nümayiş olunacaq. Festivalda Türkiyə və Azərbaycanla yanaşı, Tunis, Tacikistan, Rumıniya, Özbəkistan, Meksika, Qırğızıstan olmaqla ümumilikdə dünyanın 27 ölkəsinin nümayəndələri iştirak edirlər. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin heyəti İstanbula səfər edib.