Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sinqapurun məşhur “Light Singapore” festivalı

10.06.2022 [20:04]

“Light Singapore” festivalı iki illik fasilədən sonra Marina Bay bölgəsində yenidən fəaliyyətə başlayıb. Sinqapur işıq festivalında insanlar qazonda "atəşböcəklərinin" rəqsinə heyran olub və rəngarəng sənət əsərlərinin fonunda fotolar çəkdiriblər. Təşkilatçıların sözlərinə görə qurğular ictimaiyyəti davamlı vərdişləri mənimsəməyə təşviq etmək üçün enerjiyə qənaət edən işıqlardan və ekoloji cəhətdən təmiz materiallardan hazırlanıb.