DÜNYA


Çində torpaq sürüşmələri nəticəsində 7 nəfər ölüb

Çinin Quansi Cuan muxtar bölgəsində torpaq sürüşmələri nəticəsində 7 nəfər ölüb, 1 nəfər itkin düşüb. Son günlər şiddətli yağışlar bölgənin Beyliu şəhərinə aid yaşayış məntəqələrində sel, daşqın, torpaq sürüşməsi, palçıq axınına səbəb olub. Nəticədə tikililərə, infrastruktura, kommunikasiya xətlərinə, əkin sahələrinə ziyan dəyib.