DÜNYA
Ukraynada qadın könüllülərin fəaliyyətinin bir günü – REPORTAJ
Ukraynada hərbi əməliyyatlar başlanan andan ölkənin silahlı qüvvələrinə dəstək məqsədilə könüllülərin sayı artmaqdadır. Bu istiqamətdə ən çox yayılan könüllü mərkəzlərindən biri də kamuflyaj, maskalanma torları və geyimlərinin, o cümlədən snayperlər üçün kikimorların hazırlanması ilə bağlıdır. Bu könüllü mərkəzlərinin bəziləri 2014-cü ildən, Rusiya ilə Ukrayna arasında başlayan hərbi qarşıdurma zamanı yaranıb. İlkin statistikaya görə, hazırda Ukrayna ərazisində bu cür könüllü mərkəzlərinin sayı mindən çoxdur.AZƏRTAC-ın əməkdaşı bunlardan birində, Kiyevdə yerləşən kamuflyaj, maskalanma torları və geyimlərinin, o cümlədən snayperlər üçün kikimorların hazırlanması ilə məşğul olan könüllü mərkəzində olub, onların gündəlik işi ilə bağlı foto və video reportaj hazırlayıb.