CƏMİYYƏT


Vahid əlaqələndirmə mərkəzlərində indiyədək 41 minə yaxın vətəndaşa xidmət göstərilib

Hazırda 11 regionda vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir. Artıq 46 rayonda vətəndaşlar həmin mərkəzlərin xidmətindən istifadə edə bilirlər. İndiyədək həmin mərkəzlərdə 41 minə yaxın vətəndaşa xidmət göstərilib. Vahid əlaqələndirmə mərkəzlərinin əhatə dairəsi getdikcə genişləndirilir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.