SİYASƏT


Britaniyanın televiziya kanalında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyindən və bu illər ərzində qazanılan uğurlardan danışılıb

Diplomatik münasibətlərin 30 illiyi ilə bağlı “Lancaster House”da keçirdiyimiz tədbirə müvafiq olaraq Britaniya tərəfi Bakı şəhərində təntənəli tədbir təşkil edib. Həmçinin Prezident İlham Əliyev ilə Baş nazir Boris Conson arasında məktub mübadiləsinin baş tutması əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha sübut edir.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov geniş auditoriyaya malik “GB News” televiziya kanalına müsahibəsində deyib.