Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin ən uzun çayı qırmızı rəngə boyanıb

11.06.2022 [17:44]

Türkiyənin ən uzun çayı - Kızılırmak Orta Qara dəniz bölgəsinə yağan yağışlardan sonra qırmızı rəngə boyanıb. Sivasın İmranlı rayonundakı Kızıldağ ətəyindən başlayan çay Samsunun Bafra rayonundan Qara dənizə tökülür. Uzunluğu 1355 kilometr olan bu çay Sivas, Kayseri, Nevşehir, Kırşehir, Kırıkkale, Ankara, Çankırı, Çorum, Sinop və Samsun vilayətlərindən keçir.