DÜNYA


Güclü leysan və sel Ankarada fəsadlar yaradıb

İyulun 11-də günorta saatlarından sonra Türkiyə paytaxtı Ankarada yağan güclü leysan və yaranmış sel böyük problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, Çankaya rayonunun Kırkkonaklar bölgəsində tunelləri və yeraltı keçidləri su basıb.
Şəhərin əksər səmtlərində nəqliyyatın hərəkətində problem yaranıb. Sel basan əraziləri daşqın su və çirkabdan təmizləmək üçün tədbirlərə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır