Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə ağır yol qəzası zamanı 8 nəfər ölüb

11.06.2022 [18:56]

Türkiyənin Balıkəsir vilayətində ağır yol qəzası olub. Mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində azı 8 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Qeyd edilir ki, 6 nəfər yerindəcə, daha 2 nəfər xəstəxanada dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib.