DÜNYA


Güclü külək, leysan və selin Ankarada yaratdığı fəsadlar aradan qaldırılır

Türkiyənin paytaxtı Ankarada baş verən güclü külək, leysan və yaranmış selin yaratdığı problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Təbii fəlakət nəticəsində onlarla avtomobilə, yaşayış binasına və digər tikiliyə zərər dəyib. Bir nəfər itkin düşmüş hesab olunur.
AZƏRTAC xəbər verir ki, Ankara valisi Vasip Şahinin məlumatına görə, ev, iş yerləri və yollar daxil olmaqla 300 bölgədə sel basması, 35 ağac aşması, 23 çardaq uçması, 3 elektrik dirəyinin devrilməsi mövcuddur. Müxtəlif səbəblərdən köməksiz qalan 35 nəfərə xilasedici xidmət göstərilib. Bir yerdə yüksək mərtəbəyə əşya qaldıran səyyar lift başqa binanın üstünə aşıb.