CƏMİYYƏT


Şamaxıda avtobus qəzaya uğrayıb, yaralılar var

Şamaxıda avtobus yol qəzasına düşüb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə Qəbələdən Bakı istiqamətində hərəkətdə olan avtobus Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Acıdərə adlanan ərazisində keçən hissəsində qəzaya uğrayıb. Dəmir məhəccərə çırpılan avtobusdan bir neçə sərnişin yolun kənarına düşüb.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həmçinin təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır