Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belçikanın ən böyük xalq festivallarından biri olan Ducasse geri döndü

13.06.2022 [14:25]

Dünyanın ən böyük festivallarından biri olan "Doudou" ləqəbli Ducasse de Mons, Belçikada yenidən keçirilməyə başlayıb. Ata-baba ənənəsinə əsaslanan, katolik dini və yerli folklor istinadlarını birləşdirən festival on minlərlə insanı özünə cəlb edib. Qeyd edək ki, pandemiya səbəbindən festival 2 ildir ki, keçirilmirdi.