DÜNYA


İspaniyada qatarla lokomotivin toqquşması nəticəsində 29 nəfər yaralanıb

İspaniyanın Kataloniya muxtar vahidinin Tarraqona əyalətinə daxil olan Vila-Seka bələdiyyəsi ərazisində dəmir yolu qəzası baş verib.AZƏRTAC İspaniya mediasına istinadla xəbər verir ki, Barselonadan Tortosa şəhərinə gedən sərnişin qatarı ilə lokomotivin toqquşması nəticəsində 29 nəfər xəsarət alıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.