DÜNYA


Polşa Belarusla sərhəddə çəkilən səddin görüntülərini yayımlayıb

Polşa Belarusla sərhəddə inşa etdirdiyi səddin 140 kilometrlik hissəsinin tikintisini başa çatdırıb. Bu barədə Polşa Sərhəd Xidməti məlumat verib. Xatırladaq ki, Polşa qanunsuz miqrantların ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün Belarusla sərhəddə səddin tikintisinə başlamışdı.