CƏMİYYƏT


Xırdalanda avtobuslarda cibgirlik və soyğunçuluq edən şəxslər saxlanılıblar

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tutulub. Aparılan araşdırmalar zamanı onun Xırdalan şəhəri ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə Xırdalan şəhərində soyğunçulıuq edən əvvəllər rməhkum olunmuş Valeri Kulikov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır