Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi rayonunda həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib

14.06.2022 [15:34]

Nəsimi rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində həyətlərdə və məhəllələrdə genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri aparılır. 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində şəhid Rzayev Hacırza Fikrət oğlunun valideynlərinin yaşadığı 3-cü mk-rn Alı Mustafayev küçəsi 41 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılaraq sakinlərin istifadəsinə verilib.