Alban-udi icmasının üzvləri Ağoğlan məbədini ziyarət ediblər
14.06.2022 [16:44]
Xəbərin mətni
Alban-udi icmasının üzvləri işğaldan azad olunan Laçın rayonundakı Ağoğlan məbədini iyunun 14-də, Milli Qurtuluş Günü ərəfəsində ziyarət ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icma üzvləri Ağoğlan məbədində ayin icra edib, şamlar yandırıb, dualar oxuyublar.