MƏDƏNİYYƏT


İki ildir ziyanla işləyən otel və mehmanxana sahibləri bu il vəziyyətin müsbətə doğru dəyişməsindən məmnundurlar

Yay mövsümünün yaxınlaşması və pandemiyanın səngiməsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayında ciddi artım gözlənilir. İyun ayının ilk günlərindən bölgələrə turist axını var.
AZƏRTAC xəbər verir ki, Lənkəran da yay turizm mövsümünə əvvəlcədən hazırlaşıb. Turizm mövsümü hələ başlamamış artıq Lənkəranda xeyli sayda turist görmək mümkündür. Həm Bakıdan, həm də ölkəmizin ayrı-ayrı rayonlarından gələn turistlər zümrüd meşələri, sıralanmış dağları, dənizi, müalicəvi qumu, şırhaşır çayları, saf bulaqları ilə tanınan Lənkəranda dincəlməyə üstünlük verirlər. Qonaqları bura cəlb edən digər amil isə cənub mətbəxi və adət-ənənələrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır