MƏDƏNİYYƏT


Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı fotosərgi açılıb

İyunun 14-də “Space” televiziyasında Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı fotosərgi açılıb.AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.“Space” televiziyasının rəhbəri Müşfiq Hətəmov bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətçiliyində və tarixində yeni bir dövr başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi.