CƏMİYYƏT


FHN taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: “Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir. Qeyd olunanları və biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, FHN əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır