DÜNYA


ABŞ-da qəribə hadisə: it evi yandırdı

ABŞ-ın Missuri ştatında evdə baş verən yanğının səbəbkarı it olub. Hadisə otaqda quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb. Yanğınsöndürənlərin sözlərinə görə, heyvan sobanı işə salıb və qazı yandırıb. Bu zaman ocağın üstündə içərisində yağlı yemək olan tava olub. Yanğına səbəb də məhz tavadakı yağın alışması olub.