Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 17 nəfər saxlanılıb
15.06.2022 [13:24]
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin dələduzluq və oğurluq əməllərini törədən şəxslərə qarşı son 15 gün ərzində silsilə əməliyyat tədbirləri həyata keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qeyd edilən dövrdə şöbə əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb.