CƏMİYYƏT


Gədəbəydə leysan yağışından sonra dolu düşüb

Gədəbəyə leysan yağışı daha sonra dolu ilə əvəzlənib.AZƏRTAC xəbər verir ki, bu gün saat 14:30 radələrində rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb. Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub. Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır