SİYASƏT


Müdafiə naziri “Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 15 iyun - Milli Qurtuluş Günündə Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimində iştirak edib.