SİYASƏT


Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-dək qonaq iştirak edəcək

IX Qlobal Bakı Forumunda qlobal gündəlikdə olan məsələlər müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüklərini bildirən İsmail Serageldin deyib ki, Azərbaycan Prezidenti IX Qlobal Bakı Forumunda aparılacaq müzakirələr nəticəsində qlobal gündəlikdə olan məsələlərlə bağlı faydalı təkliflərin irəli sürüləcəyinə inanır.