Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəsindən 233 ədəd yad cisim çıxarılan şəxs

16.06.2022 [16:39]

Vanda qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı şəxsin mədəsində 233 ədəd yad cisim aşkarlanıb. Psixoloji problemləri olduğu öyrənilən bu şəxsin mədəsindən 1 lirə dəyərində 83 sikkə, batareya, maqnit, mismar, şüşə parçaları və daşlar çıxarılıb.