CƏMİYYƏT


Dünyanın məşhur səyyahları Şuşada

Azərbaycanda səfərdə olan dünyanın məşhur səyyahları Şuşa şəhərinə gəliblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlara Şuşa şəhəri və tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğal zamanı digər ərazilər kimi, Şuşa şəhəri də erməni vandalizminə məruz qalıb, bir çox yaşayış yerləri, tarixi, mədəni, dini abidələr dağıdılıb. Səyyahlar, həmçinin Şuşa şəhərinin mərkəzində Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın və Bülbülün ermənilər tərəfindən güllələnən heykəlləri barədə də ətraflı məlumat əldə ediblər.