CƏMİYYƏT


Ordubadda istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satış təşkil olunub

Muxtar respublikada yeni turizm infrastrukturunun yaradılması, istirahət və əyləncə mərkəzlərinin istifadəyə verilməsi ilə yanaşı, gələn turistlərə qədim tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz təbliğ edilir. Bu məqsədlə Ordubad rayonunun geniş turizm imkanlarına malik Anaqut kəndindəki “Xan çinar” İstirahət Mərkəzində istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satış təşkil olunub.