Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda müzakirələr aparılıb
16.06.2022 [20:05]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 16-da işini panel iclasları ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda növbəti panel iclası keçirilib.