DÜNYA


Çində kimyəvi məhsullar zavodundakı partlayışda 6 nəfər itkin düşüb

Çinin Qansu vilayətində kimyəvi məhsullar zavodunda baş verən partlayışda 6 nəfər itkin düşüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC vilayət hökumətinin məsələyə dair açıqlamasına istinadla xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında Ləncou şəhərindəki pestisid şirkətinə məxsus zavodun çirkab suların təmizlənməsi sexində baş verib. Partlayışın 600 kvadratmetr sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə təqribən 300 yanğınsöndürən, 47 xüsusi texnika cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Hazırda itkin düşənlərin axtarışları davam edir.