CƏMİYYƏT


Dünya səyyahları Ağdamda səfərdə olublar

Dünyanın 10 ölkəsindən 24 səyyah Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Onlar Füzuli, Xocavənd, Şuşa və Ağdamda işğal zamanı ermənilər tərəfindən törədilmiş vandalizmin nəticələrini və dağıntıları öz gözləri ilə görüblər. Həmçinin azad edilmiş ərazilərdə hazırda ölkəmiz tərəfindən aparılan tikinti və quruculuq işləri ilə tanış olublar.
Ağdam şəhərinə səfər edən səyyahlar Pənahəli xanın imarətinin və İmarət stadionunun qalıqlarına baxıblar. Səyyahlara erməni vəhşiliyinə məruz qalan tikili barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.
Sonra səyyahlar şəhər mərkəzində yerləşən Ağdam Cümə məscidində olublar.