CƏMİYYƏT


Qubada təsərrüfat sahiblərini suvarma suyu ilə təmin etmək üçün lazımi tədbirlər görülür

Quba ölkəmizin ən böyük meyvəçilik rayonlarından biridir. Ötən il rayonda məhsulverən 14 min hektar meyvə bağından 110 min ton meyvə yığılıb. Bu isə əvvəlki illərlə müqayisədə 10-15 faiz artım deməkdir. Məhsuldarlığın artması, ilk növbədə, suvarma suyundan asılıdır. Keyfiyyətli və bol məhsul əldə etmək üçün isə suvarma suyu ən vacib şərtlərdəndir. Cari ildə təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Quba Suvarma Sistemləri İdarəsi tərəfindən lazımi tədbirlər görülüb.