Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanda 240 metrlik şüşə körpü açılıb

17.06.2022 [15:18]

Gürcüstanda Daşbaş kanyonunu əhatə edən 240 metrlik şüşə körpü açılıb. Körpünün ortasında yerdən 200 metr hündürlükdə brilyant formalı kafe asılıb. Yeni açılan körpü və restorana insan axını başlayıb.