SİYASƏT


IX Qlobal Bakı Forumu çərçivəsində "Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya" mövzusunda müzakirələr aparılıb

Azərbaycanın paytaxtında IX Bakı Qlobal Forumu çərçivəsində "Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya" mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin (2007-2011) moderatorluğu ilə keçirilən panel iclasında Ermənistanla Azərbaycan arasında uzunmüddətli silahlı münaqişənin və əvvəlki müharibələr nəticəsində tamamilə pozulmuş münasibətlərin necə bərpa edilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik prosesləri, bu əlaqələrin potensial olaraq kimlər tərəfindən pozula biləcəyi və onların cəhdlərinin minimuma endirilməsi, dünya ölkələrinin Cənubi Qafqazda sabitlik və sülhü necə təmin edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.