CƏMİYYƏT


Dövlət Komissiyasının ötən dövr ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib

İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində Dövlət Komissiyası tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani vəsaitlərlə tanış olub, Birinci Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının fotoşəkillərindən ibarət sərgiyə baxıblar.