Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə “Şimşək” dronu sınaqdan uğurla çıxıb

18.06.2022 [20:09]

Xəbərin mətni

Türkiyənin aviasiya və kosmos sənayesində daha bir yenilik qazanılıb. “ANKA” pilotsuz uçuş aparatına edilən əlavələr sayəsində “Şimşək” dronu sınaqdan uğurla çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir sosial şəbəkə hesabında məlumat paylaşıb.