Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var

19.06.2022 [18:06]

Xəbərin mətni

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. “Toyota” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında gedən yanacaq daşıyan avtomobilə çırpılıb. Nəticədə "Toyota"da olan sürücü, Şəki şəhər sakini Xatəm Baydaşov və sərnişini Fərid Nəsibov hadisə yerində ölüblər.