CƏMİYYƏT


Tokioda keçirilən sərgi-satış yarmarkasında Azərbaycan məhsulları yapon alıcılar tərəfindən böyük maraqla qarşılanıb

İyunun 18-19-da Tokionun tanınmış Şibuya rayonunda təşkil edilən sərgi-satış yarmarkasında Azərbaycan məhsulları yapon alıcılar tərəfindən böyük maraqla qarşılanıb.AZƏRTAC xəbər verir ki, istirahət günlərində təşkil olunan yarmarkada Azərbaycan ilə yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstan istehsalı olan məhsullar və incəsənət nümunələri ziyarətçilərə təklif edilib.